news Image
2012.11.15
17:00
| A A A
Tarixin ilk qadın heykəli
Avropanın qadını təsvir edən ən qədim antik əsəri olduğu düşünülən heykəl, 35 min il əvvəl bir mamuta aid fil dişindən oyularaq hazırlanıb... Movqe.Az bildirir ki, Almaniyanın Svabya Alplarında olan "Hohle Fels" mağarasında bu günə qədər bir çox əhəmiyyətli tarixi əsərlər tapılıb. Bunlardan biri də 35 min ildən daha qədim bir vaxta aid olan bir çılpaq qadın heykəlidir. 2008-ci ilin dekabr ayında tapılan heykəl, ilk gündən etibarən elm dünyasında olduğu kimi mediada da müzakirə olunub​​. "NewScientist" internet səhifəsi, bu mövzu ilə əlaqədar dörd il bu barədə araşdırma aparıb. Sevgi İlahəsi Veneraya müraciət edilərək, "Hohle Fels"in Venera olaraq adlandırdığı heykəl, "Nature" jurnalı tərəfindən "eradan əvvəl plakat qızı" olaraq təyin olunub. "LiveScience" saytı da, 2009-cu il may ayının 13-ü bu xəbəri "Qadın çılpaqlığına olan maraq 35 min il əvvələ təsadüf edir" başlığı ilə yazıb. Eradan əvvələ aid olan buna bənzər digər fiqurlar da tapılıb. Avstriyada 1908-ci ildə aparılan qazıntılarda, bu gün adı "Uillendorfun Venerası" olaraq tanınan 11 sm uzunluğunda bir heykəl tapılıb. 25 min illik bu heykəldən əlavə, Çexiyada bir neçə min il əvvələ aid olan "Dolní Vestonice-nin Venerası" adı verilən bir heykəl də aşkar edilib.