Əlaqə Arxiv
news Image
2012.11.16
16:04
| A A A
Bədənimiz haqda bilmədiklərimiz
Movqe.az xəbər verir ki, dünyada 35 milyondan çox həvəskarı olan "BODY Worlds" sərgisi insan bədəninin mükəmməl və kompleks quruluşunu maraqlı şəkildə göstərib.  Sərginin dizaynçısı Dr. Angelina Valley verdiyi məlumatlarla bu təsir edici quruluşu bütün detallarıyla göstərib.

Ürək insanın bütün ömrü boyu təxminən 2,7 milyard dəfə döyünür, saatda 284 litrdən çox qanı vurur, bədəndən çıxarılsa da döyünməyə davam edir. Belə ki, parçalara bölünsə belə əzələlər döyünməyi davam etdirir .

Göz, bütün bədəndəki ən sürətli reaksiya verən əzələdir. Saniyənin yüzdə biri müddətində sıxılır.

Gülümsəmək üçün 17 əzələ istifadə edilsə də, qaş çatmaq üçün 43 əzələ hərəkət edir.

Qadınlar yüksək "estrogen" səviyyələri sayəsində kişilərə görə daha yaxşı qoxu alırlar.

Bir qadın ömrü boyu dünyaya 35 uşaq gətirmə qabiliyyətinə malikdir.

Çənə sümüyünüz bədəndəki ən sərt sümükdür.

Gülmək və öskürmək, onurğaya getmək və ya ayaqda dayanmaqdan daha çox yük verir.

İnsan bədənində demək olar ki, 96.500 km qan damarı var.

Beyin 15 yaşından sonra  inkişafını dayandırır.

 Kişilər 68 kiloqramlıq kütlələrini qorumaq üçün ömrü boyu təxminən 50 ton qida yeməlidir.

Bədən çox yağlı bir yeməyi 6 saata,  karbohidratlı bir yeməyi 2 saata həzm edir.


Sizin Reklam Yeriniz