Əlaqə Arxiv
news Image
2012.11.19
15:15
| A A A
Hər 3 pilotdan biri...
Movqe.az xəbər verir ki, avropalı pilotlar birliyi "European Cockpit Association" (ECA) tərəfindən edilən araşdırmada, Avropada hər 3 pilotdan birinin uçuş əsnasında ən az 1 dəfə pilot kabinəsində yatdığı müəyyən olunub. "Deutsche Welle" Avropalı Pilotlar Birliyi pilotların iş əsnasında nə qədər yorulduqlarını ölçmək üçün bir araşdırma etdiyini bildirib. İngiltərədə pilotların  43 faizi, Danimarkada 50 faizi, Norveçdə 53 faizi və İsveçdə 54 faizi uçuş əsnasında ən az 1 dəfə istəməyərək yatdığını söyləyib. İngiltərədə pilotların üçdə biri oyandıqları vaxt həmkarlarını da yatar halda tapdıqlarını deyib. Almaniyada hər 5 pilotdan 4-ü həddindən artıq yorğunluq səbəbiylə uçuş əsnasında səhvlər etdiyini söyləyib. İsveçdə bu nisbət 71 faiz, Norveçdə isə 79 faiz olaraq qeyd edilib.
Sizin Reklam Yeriniz