Əlaqə Arxiv
news Image
2012.11.19
17:00
| A A A
Uşağınızı oxuduğu kitablardan tanıyın
Uşaqların seçdiyi kitablar, onların ruh hallarının necə olduğundan xəbər verir... Uşağınız kitab oxuyur? Oxuyursa necə kitabları oxumağı xoşlayır? Həmişə eyni cür kitablara üstünlük verir? Seçilən kitab uşağın ruh halını əks etdirir? Movqe.Az bildirir ki, Mütəxəssislər seçim edilən kitabın uşağın ruh halını əks etdirdiyini bildirir. Hər il noyabr ayının ikinci həftəsi, dünyada keçirilən müxtəlif fəaliyyətlərlə "Dünya Uşaq Kitabları Həftəsi" olaraq qeyd olunur. Uşaqları kitablara bir az daha yaxınlaşdıran tədbirlərin təşkil edildiyi bu həftə ərzində, ailələrə də uşaqların kitab oxumağının əhəmiyyəti izah edilir. Kitablar insanın inkişafında əhəmiyyətli bir yerə sahibdir. Xüsusilə də uşaqlarda. Hər yaşda fərqli bacarıqlar qazanan, fərqli düşünən və davranan uşaq, bu yaşlarda başa düşülməyə ehtiyac duyur. Burada valideynlərin üzərinə əhəmiyyətli vəzifələr düşür. Anlama ehtiyacına cavab tapa bilməyən uşaq fərqli axtarışlara üz tuta bilər. Uşaqlar ana və atasını, oxuduqları nağıl qəhrəmanını ya da bir sənətçini özlərinə qəhrəman seçə bilərlər. Kitabın içindəki şəkillər, yazılar, uşağın öyrənməsində mühüm elementlərdir. Xüsusilə, təlimatçı dəyər daşıyan hekayə və nağıllar uşağın inkişafını müsbət istiqamətdə dəstəkləyir. Bundan başqa, ailə ilə uşaq arasındakı ünsiyyəti də gücləndirir.
Sizin Reklam Yeriniz