Əlaqə Arxiv
news Image
2012.11.18
17:11
| A A A
6 əsr tarixi olan Qurani - Kərim tapılıb

Atatürk Universiteti Ədəbiyyat Fakültəsinin Professoru Hüseyn Yurddaş və qrupu Erzincanın Kemah Mahalında qazıntı işləri apardıqları vaxt 600 il tarixi olan "Quran-i Kərim" aşkarlayıb.

Kemah Qalasındakı Saraylı Hamam içində qazıntı işləri aparan prof. Dr. Haldun Özkan, bir boxça içində 2 metr dərinlikdə 15 və 16-cı əsrə aid əl yazma olan Quran-i Kərim tapıb.

Professor Özkan: "1916-cı ildə yaşamış bir dənizçinin yazdığı məktubu da boxçanın içində tapdıq. Yəni bu Quranların bu ildən sonra bu yerə basdırıldığını qəbul edə bilərik" deyib.

Hüseyn Yurddaş, qazıntılara 2011-ci ildə başladıqlarını və çox sayda əlyazmalar tapdıqlarını amma bir çoxunun kiflənib, keyfiyyətini itirdiyini deyib.

İlahiyyat Fakültəsindən, yazı sənətində mütəxəssis olan professorlar ilə birlikdə əsərlərin araşdırıldığını deyən professor Yurddaş Quran-i Kərim ilə bağlı açıqlama verib:

"Tapılan Quran-i Kərimlərdən biri 37 vərəqdir. Bu əsərin İstanbuldakı məşhur xəttatlardan Əhməd Karahisarinin məktəbinə aid olduğu müəyyənləşdirilib. Əhməd Karahisarı 15-ci əsrdə doğulmuşdur, Sultan Süleyman Qanuninin dövründə yaşamış məşhur bir xəttatdır. Sultan Süleymanın istəyi ilə Quran-i Kərim yazıb. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çap elətdirilən Quran ilə eynilik təşkil edən bu əlyazma əlimizə keçib. Həqiqətən sənət dəyəri baxımından çox əhəmiyyətli olan bir tapıntıdır. Böyük bir ehtimalla 20-ci əsrdə oraya basdırılıb."

Sizin Reklam Yeriniz