Əlaqə Arxiv
news Image
2017.07.15
09:30
| A A A
Onlar orqanizm üçün çox faydalıdır

Qida təkcə yetərincə kalori, vitamin və mikroelementlərlə deyil, bitki lifləri ilə zəngin olanda tarazlaşdırılmış sayılır. Son 20-30 ildə elmi tədqiqatlar sayəsində müəyyən edilib ki, ümumi adı "sellüloz" olan liflər orqanizm üçün çox faydalıdır. Orqanizmin mənimsədiyi maddələr onun tərkibində olmasa da, sellüloz bağırsağın faydalı mikroflorasının normal fəaliyyət göstərməsi üçün çox zəruridir. Sübuta yetirilib ki, sellüloz çatışmayanda bağırsaq daha pis işləyir. Movqe.az AZƏRTAC-a istinadən  xəbər verir ki, rasionunda sellülozun miqdarı az olan adamlar ağciyər xəstəliklərinə daha çox mübtəla olurlar. Nebraska Universiteti nəzdindəki tibb mərkəzinin (ABŞ-ın Nebraska ştatı) alimləri yaşa dolmuş 2 min amerikalını müayinə edib. Onların qida rasionunun xüsusiyyətləri barədə sorğu apararaq bu qənaətə gəliblər.Məlumatın təhlili göstərib ki, hər gün azı 18 qram sellüloz yeyən könüllülərin 68 faizinin ağciyəri normal vəziyyətdə olub. Qida lifini az qəbul edən adamların yalnız 50 faizinin ağciyərində heç bir problem olmayıb. Sellülozu az yeyən könüllülərin 30 faizində aşağı tənəffüs yollarının daralması aşkar edilib, halbuki həmin göstərici sellüloz həvəskarları arasında 15 faiz təşkil edib.

Sizin Reklam Yeriniz