news Image
2012.11.20
17:20
| A A A
Mobil telefon körpəni hiperaktiv edir

Movqe.Az bildirir ki, Amerikada Tibb fakultəsində aparılan araşdırmaya görə, ana qarnında cib telefonunun yaydığı radiasiyaya məruz qalan körpə hiperaktiv olur və telefonun şüası onların beyin inkişafına təsir edir.

Prof. Dr. Hyuc Teylor, "Hamilə siçanlarla reallaşdırdığımız araşdırmada, cib telefonu qəfəsin üstünə yerləşdirdik. Cib telefonunun yaydığı radiasiyaya məruz qalan siçanların balalarının daha aktiv olduqlarını gördük. Yaddaşları zəif idi və diqqət problemi yaşayırdılar." deyib. Teylor, bu araşdırmanın bütün hamilələr üçün bioloji bir əsas oduğunu və  hamilələlərə cib telefonu istifadə edərkən diqqətli olmalarını və cihazı bədənlərindən uzaq tutmalarını təklif etdiyini söyləyib. "Blackberry" və "Apple" şirkətləri də, istifadəçilərinə cib telefonlarını bədənlərindən uzaq tutmalarını təklif edir. Dünya Sağlamlıq Təşkilatı Xərçəng Vəqfi, 2011-ci ildə cib telefonlarının xərçəngə səbəb ola biləcəyini və bu mövzuda daha çox araşdırma edilməsi lazım olduğunu açıqlamışdı. "Daily Mail"in xəbərinə görə, Fransanın da olduğu bir çox ölkə isə uşaqlara istiqamətli cib telefonu reklamlarını qadağan edir.