Əlaqə Arxiv
news Image
2018.08.10
09:49
| A A A
Kökəlmək istəmirsinizsə, səhərlər bu qidaları yeyin SİYAHI

Səhər yeməyinin əhəmiyyəti müzakirə olunmazdır. Xüsusən də pəhriz saxlayanlar səhər yeməklərində tox tutan qidalara üstünlük verməlidirlər. Movqe.az lent.az-a istinadən istinadən arıqlamağa kömək edən və uzun müddət tox saxlayan qidalar haqda məlumatları təqdim edir.

 

Qəhvə: Tərkibindəki kofein sizi hərəkətə gətirəcək. Əgər səhərlər idman edirsinizsə, idmandan 45 dəqiqə əvvəl içilən qəhvə tez tərləmənizə, bu isə daha çox yağ yandırmanıza səbəb olacaq. Əgər qəhvə içdikdən sonra idman etsəniz, 15 faiz daha çox yan yandırmış olarsınız. Buna görə də təzyiq probleminiz yoxdursa, səhərlər qəhvə içə bilərsiniz.

 

Banan: Banan həm tox tutması, həm də ləzzətli olduğu üçün səhər yeməklərində  əvəzedilməz meyvədir. Tərkibindəki zəngin potasium ürəyə qüvvət verir, eyni zamanda immunitet sistemini gücləndirir. İmmunitet sistemini gücləndirən meyvələr sırasında ilk yerdədir.

 

Yumurta: Yumurta səhər yeməklərinin ulduzu və vazkeçilməz qidasıdır. Yumurta protein qaynağıdır. Mükəmməl bir bədənə sahib olmaq istəyirsinizsə və ya kökəlməkdən qorxursunuzsa, mütləq menyunuza yumurta əlavə edin. Səhər yeməklərində qayğanaq, yumurta-pomidor və ya qaynadılmış formada yumurta yesəniz, gün ərzində tox qalacaqsınız. Bundan başqa, idmanla məşğulsunuzsa, məşqçinizlə məsləhətləşərək yumurtanın ağına üstünlük verə bilərsiniz.

 

Qarağat: Bağırsaq metabolizmasını nizama salması baxımından qarağat səhər yeməklərində əvəzedilməz giləmeyvədir. Bundan başqa, mədə spazması və ya mədə xorası üçün qarağatın fövqəladə xeyri var. Antioksidan xüsusiyyəti ilə yanaşı, infeksiyalara qarşı qoruyucu gücə malikdir. Buna görə də immunitet sisteminin qoruyucularından biridir.

 

Çiyələk: B və C vitamini tərkibli çiyələk damar tıxanıqlığının qarşısını alır və xolesterolu aşağı salır. Bundan başqa, fosfor və dəmir tərkibi yüksəkdir. Gününüzü daha sakit və sağlam keçirmək istəyirsinizsə, səhərlər 8-10 dənə çiyələk yeyin. Çiyələk antioksidan xüsusiyyəti sayəsində enerjili gün keçirməyinizi təmin edəcək.

 

Çay: Çay dünyada ən çox içilən içkilərdəndir. Səhər yeməklərində içilən çayın oyandırıcı təsiri var və günü daha sakit keçirməyinizi təmin edir. Lakin çox çay içmək qan səviyyəsini aşağı salır. Bu isə halsızlığa səbəb olur. Buna görə də mümkündürsə, çayı açıq və limonlu için.

 

Süd: Proteini bol olan qidaları yesəniz, həm uzun müddət tox qalarsınız, həm də sağlam formada çəki atarsınız. Buna görə də səhər saatlarında süd içməyi qidalanma proqramınıza daxil edin. Səhər içilən süd sonrakı yeməklər zamanı daha az qidalanmanıza səbəb olacaq. Bundan başqa, südün tərkibindəki zəngin kalsium qaynağı sümük və diş sağlamlığı üçün vacibdir. Buna görə də həm uşaqlarınız, həm də özünüz gün ərzində süd içməyə üstünlük verin.

 

Kəpəkli çörək arası yemək: Səhər yeməyinə vaxtınız yoxdursa, ən praktik çıxış yolu çörək arası qidalanmadır. Bununla gün ərzində bədəniniz ehtiyacı olan karbohidratı çörəkdən, arıqlamaq üçün isə lazım olan proteini pendirdən ala bilər. Çörək həm də kəpəkli olmalıdır. Kəpəkli çörək qan səviyyəsi aşağı olanlar üçün da ən yaxşı qidadır.

Sizin Reklam Yeriniz