Əlaqə Arxiv
news Image
2012.04.19
13:05
| A A A
Pakistandan Hindistana təklif

Movqe.Az xəbər verir ki, Pakistan Baş Qərargahının prezidenti general Eşfak Pərvəz Kayani Hindistana mübahisəli Siaçen buzlağından geri çəkilməyi təklif edib.

Bu ayın əvvəllərində bölgəyə uçqun düşməsi nəticəsində 125-i Pakistan əsgəri olmaqla 139 adam ölüb.

İki ölkənin də haqqı olduğu iddia edilən buzlaqda tərəflərin minlərlə əsgəri var.

General Kayani, Respublika başçısı Asif Zərdarinin ziyarətində etdiyi şərhdə bu məsələnin həll edilməsi lazım olduğunu söyləyib.

Kayani məsələni həll etmək üçün iki ölkənin müzakirə masasında qərar verməsi lazım olduğunu ifadə edib.

Kayani və Zərdari 7 Apreldə Pakistan batalyonunun uçqun altında qaldığı bölgəyə getdilər. Pis hava və ərazidə şəraitin olmaması yardım işlərini çətinləşdirib.


Ziba Yusifova


Sizin Reklam Yeriniz