Əlaqə Arxiv
news Image
2018.04.17
13:28
| A A A
Yorğunluğunu gizlədin - makiyajın bəzi sirləri

Əksər qadınlar yorğun olduqlarını gizləməyə çalışsalar da, makiyajda bunu ört-basdır edə bilmirlər. 

 

Movqe.az yorğun olduğunuz zaman makiyajın bəzi sirrlərini təqdim edir: 

 

Gözlərinizin yorğunluğu və göz altı bənövşəyiliklərin nəzərə çarpmaması üçün incə tonlarda dodaq boyasından istifadə edə bilərsiniz.

 

Səhər makiyajı üçün boz və qara-qəhvəyi tenlərdən istifadə etməyin. Onlar sizi yorğun göstərəcək. Səhər makiyajı üçün ən çox çəhrayı-bənövşəyi ten rənglərindən istifadə etməyiniz məsləhətdir. Gözlərinizin üstünü yüngül qırmızı tonlarla rənglərdirsəniz daha cazibədar olarsınız.

 

Üzünüzün təmizliyini ön plana çəkmək istəyirsinizsə şaftalı rəngli ənlikdən istifadə etməlisiniz.

 

Gecə kremləri ilə ehtiyatlı olun. Düzgün istifadə etmədiyiniz təqdirdə əks təsirini görə bilərsiniz. Əgər dəriniz belə kremlərə həssasdırsa yağlı nəmləndirici krem-gel ilə bunu əvəz edə bilərsiniz.

 

Göz altı bənövşəyilikləri örtməyin ən əsas yolu isə korrektordur. Dərinizin rənginə uyğun tonal krem seçin və korrektor ilə makiyajınızı tamamlayın.(big.az)

Sizin Reklam Yeriniz