Əlaqə Arxiv
news Image
2017.05.10
20:30
| A A A
İnsan bədənində "uzun ömür nöqtəsi" tapıldı – FOTOLAR

Müasir tibb uzun ömrün sirrini axtarmaqdadır. Ancaq Uzaq Şərqdə bu sirr yüz illərdən bəri insanlara məlumdur. Qədim Çin əfsanələrindən birində uzun ömrün sirri belə açıqlanıb:

Deyilənə görə, əsrlər öncə Çin imperatoru Sonq adamlarına ölkənin ən qoca insanını tapmağı tapşırıb. Bir müddət sonra əsgərlər 90 yaşlı Lini imperatorun hüzuruna gətiriblər. Qoca uzun ömrünün səbəbini "Zusanli" nöqtəsini isitməkdə görüb. Əlli il sonra taxt Tanq adlı imperatorun olur. O da ölkənin ən yaşlı insanı ilə tanış olmaq istəyib. Əsgərlər yenə Lini gətiriblər. Onun 140 yaşı olsa da, hələ də sağlam və gümrah görünürmüş. Li imperatora belə deyib:

"Ayda bir dəfə, bütöv Ay çıxanda "Zusanli" nöqtəsini isidirəm".

"Zu San Li" nöqtəsi haqqındakı iddialar, əfsanə və rəvayətlər sayəsində əsrlərə meydan oxuyaraq günümüzə kimi gəlib. Hazırda Çinin xalq təbabətində bu üsuldan istifadə edilir.

Çində buna "uzun ömür nöqtəsi", Yaponiyada isə "yüz xəstəliyin nöqtəsi" deyilir.

"Zu San Li" nöqtəsi harada yerləşir?

Bu nöqtə dizin bir az altında yerləşir. Onun yerini dəqiq müəyyənləşdirmək üçün 2 üsul var.

1.Əlinizi dizin altına yerləşdirin. "Zu San Li" çeçələ barmağınızla üzük barmağınızın arasındakı nöqtədədir. Tapmaq sizə çətin gəlirsə, ikinci üsula müraciət edin.

2. Yerdə oturun, dizlərinizi özünüzə tərəf çəkin. Ayaqlarınız yerə dəysin. Bu halda əlinizlə dizin bir az aşağısındakı kiçik çıxıntını hiss etmək çətin olmayacaq.

Bu "Zu San Li" nöqtəsidir.

Hansı faydaları var?

Bu nöqtənin qarnın aşağı hissəsindəki orqanlara təsir etdiyi düşünülür. Böyrəklər, böyrəküstü vəz, cinsi orqanlar, həzm sistemi və onurğa iliyinin funksiyasına təsir edir. Bu nöqtəyə masaj etdikdə böyrəküstü vəzlərin işi sürətlənir. Bu isə sağlamlığa inanılmaz dərəcədə müsbət təsir edir.

Bundan başqa, həmin nöqtəni masaj etdikdə həzm sistemi və bağırsaqlardakı problemlər aradan qalxır, stress, iflic, insult riski azalır, təzyiq aşağı düşür.

Nə vaxt masaj etmək lazımdır?

"Zu San Li" nöqtəsinə xüsusi saatlarda masaj etmək lazımdır. Səhər saatlarında, günorta yeməyindən öncə masaj edilsə, daha təsirli olar. Hər dizə təqribən 10 dəqiqə saat əqrəbi istiqamətində dairəvi hərəkətlərlə masaj edilməlidir.

publika.az

 

 

 

 

 

 

 

Sizin Reklam Yeriniz