Əlaqə Arxiv
news Image
2012.04.19
14:34
| A A A
Milyonçu hələ də dilənir

Mövqe.az xəbər verir ki, ABŞ-da keçən il lotereyadan 1 milyon dollar qazanan Klayton hələ də yoxsullara verilən qida kuponlarından istifadə edərkən tutulub.

ABŞ-ın Miçiqan əyalətində lotodan qazandığı yüksək pul məbləği ilə varlanan 25 yaşlı Amanda Klayton hələ də dövlət yardımı aldığı üçün həbs edilib. Klayton keçən il sentyabr ayında qatıldığı "Make Me Rich" adlı şans oyununda 1 milyon dollar qazanıb. Bu hadisədən sonra o dəyişən maddi gəlirini heç bir rəsmi quruma bildirməyib və yoxsullara paylanan aylıq 200 dollarlıq qida kuponlarıyla sağlamlıq xidmətlərindən istifadə etməyə davam edib.

Klaytonun vəziyyətini televiziya kanallarından öyrənən rəsmilər gənc qadını dövləti aldatdığı üçün ittiham edib.. Səkkiz ayda cəmi 5 min 475 dollarlıq yardım alan bir uşaq anası olan Klayton, "dövlət tərəfindən yardımlar kəsilməyənə qədər harasa müraciət etməli olduğum barədə heç düşünməmişəm" deyib.


Əfqanə Məzahirqızı


Sizin Reklam Yeriniz