Əlaqə Arxiv
news Image
2017.11.11
15:00
| A A A
2020-ci ilə genişzolaqlı mobil internet istifadəçilərinin sayı 6.7 milyard nəfər təşkil edəcək

Çinin "Huawei" şirkətinin proqnozuna görə, 2020-ci ilə qlobal genişzolaqlı mobil internet istifadəçilərinin sayı 6.7 milyard nəfərə yaxınlaşa bilər və mobil "Əşyalar interneti" üzrə dünyada 1 milyard qoşulma qeydə alınacaq.Movqe.az mətbuat.az-a istinadən yazır ki, bir istifadəçiyə düşən gündəlik mobil trafikin həcmi 5 QB-ı ötə bilər, bu halda urbanizasiya prosesinin sürətlənməsi səbəbindən mobil trafik qeyri-bərabər paylanacaq. Artıq indi mobil trafikin 80%-i əsasən ictimai yerlərdə generasiya olunur. Şirkət mobil qoşulma ilə bağlı problemin həlli üçün kiçik sotlar sənayesini inkişaf etdirməyi təklif edir."Vaxt keçdikcə kiçik sotlar genişzolaqlı mobil şəbəkələrdə mühüm rol oynamağa başlayıb. Bu texnologiya qoşulma nöqtələrində rəqəmli magistrallar qura, əhatə dairəsi üzrə qeyri-bərabərliyi aradan qaldıra və "istifadəçi – istifadəçi, "istifadəçi – qurğu" və "qurğu – qurğu" əlaqələrinin  qurulması üzrə açar sayılan istifadəçi təcrübəsini yaxşılaşdıra bilər - "Huawei" şirkətinin rəsmisi Piter Çjou deyib.

Sizin Reklam Yeriniz