Əlaqə Arxiv
news Image
2017.11.11
14:30
| A A A
2019-cu ilə qlobal robot texnikası bazarının həcmi 135 milyard dollara yaxınlaşacaq

Robot texnikası istehsal prosesini xeyli dəyişdirməyə imkan verən əsas texnologiyalardan biridir və uzun müddətdir avtomobil sənayesində tətbiq edilir. İndi isə elektronika, ticarət, səhiyyə, logistika, kənd təsərrüfatı, xidmət sahəsi, təhsil və idarəetmə sahələrinə tətbiq olunur.Movqe.az "ICTnews" Elektron Xəbər Xidmətinə istinadən yazır ki, 2015-2019-cu illərdə dünya robot texnikası bazarının həcmi ildə orta hesabla 17% yüksələrək 135.4 milyard dollara yaxınlaşacaq.Ötən il qlobal robot texnikası alışının 33.2 və 30.2 faizi diskret və fasiləsiz istehsalın payına düşüb. Hasilat sənayesi, səhiyyə və nəqliyyat öz həcminə görə növbəti yerləri tuturlar. Ən yüksək artım fasiləsiz istehsal və səhiyyə sahələrində müşahidə olunur.2019-cu ilə bütün növ robotların (sənaye, məişət və xidmət) satış həcmi 32 milyard dollaradək artacaq.

 

Sizin Reklam Yeriniz