Əlaqə Arxiv
news Image
2018.03.09
21:00
| A A A
Bel ağrılarından xilas olmaq üçün 7 VACİB HƏRƏKƏT

Belin aşağı hissəsində yaranan ağrıdan bir çoxu əziyyət çəkir. Bu ağrı zarafat deyil. Fərqi yoxdur – insan oturaq, və yaxud aktiv həyat tərzi yaşayır, beli riskə salaraq işləmək olmaz. Bunun üçün də Movqe.az pahoo.az-a istinadən sizə belinizdəki ağrılardan xilas olmaq üçün effektiv olacaq bir neçə vacib hərəkəti təqdim etmək qərarına gəldi. Bu hərəkətləri elə bu gündən sınaqdan keçirməyə başlasanız, əla olar!

Hərəkət 1: 

 

 

Bel ağrılarından xilas olmaq üçün 7 VACİB HƏRƏKƏT

 


Beli üstdə uzanın və sağ ayağınızı bükün. Sol ayağınızı isə düz açın və yuxarı doğru qaldırın. Sol dizinizin aşağısından ikiəlli tutaraq, özünüzə doğru çəkin. Bu vəziyyətdə 30 saniyə qalın və hər ayaqınızda 2 dəfə təkrarlayın.

Hərəkət 2:

 

 

 

 

Bel ağrılarından xilas olmaq üçün 7 VACİB HƏRƏKƏT

 


Beli üstdə uzanın və hər iki ayağınızı bükün. Sol ayağınızı iki 2 əlinizlə dizinizə tərəf dartaraq 20 saniyə bu vəziyyətdə qalın. Hər ayaq üçün iki dəfə olmaqla, bu hərəkəti təkrar edin.

Hərəkət 3:

 

 

 

 

Bel ağrılarından xilas olmaq üçün 7 VACİB HƏRƏKƏT

 


Beli üstdə uzanın. Sağ əli həmin istiqamətdə uzadın. Sol ayağınızı düzləşdirin. Sağ ayağı onun üstündən keçirərək yerə dəydirməyə çalışın (bu hərəkəti edərkən çətinlik çəksəniz, sol əli kömək üçün istifadə edə bilərsiniz). Bu vəziyyətdə 20 saniyə qalın və hər ayaqda iki dəfə təkrarlayın.

Hərəkət 4: 

 

 

 

 

Bel ağrılarından xilas olmaq üçün 7 VACİB HƏRƏKƏT

 


Beli üstdə uzanaraq sol ayağınızı bükün. Sağ ayağınızı onun ustunə qoyun və yana çevirin. Yavaşca sol ayağınızı özünüzə doğru çəkin. 30 saniyə bu halda qalın, sonra isə ayaqların yerini deyişərək hərəkəti təkrar edin.

Hərəkət 5:

 

 

 

 

Bel ağrılarından xilas olmaq üçün 7 VACİB HƏRƏKƏT

 


Sağ dizinizin üstündə duraraq, bir ayağınız arxaya doğru dartın. Bacardığınız qədər dartmağa çalışın. Əzələlərin açılması üçün vacib hərəkətdir. Bu hərəkəti edərək, 30 saniyə qalın və ayaqları dəyişərək bunu təkrarlayın.

Hərəkət 6:

 

 

 

 

Bel ağrılarından xilas olmaq üçün 7 VACİB HƏRƏKƏT

 


Sol tərəfiniz üstündə uzanın və sağ ayağınızı bükün. Sağ əlinizlə sağ ayağın topuğundan tutaraq, arxaya doğru dartın. Bu hərəkəti edərkən, sol budunuzda gərginlik hiss edəcəksiniz. Lakin, bel gərək çox əyilməsin. Bu hərəkəti 30 saniyə davam etdirin və digər ayağa keçərək hərəkəti təkrarlayın.

Hərəkət 7: 

 

 

 

 

Bel ağrılarından xilas olmaq üçün 7 VACİB HƏRƏKƏT

 


Stol ilə aranızda qollarınız çatacaq qədər məsafə saxlayın. Dizlərinizi yüngülcə bükərək qarşıya doğru əyilin və hər iki əlinizlə stolun kənarına toxunmağa çalışın. Əllərinizi düz açılmış, başınızı isə çiyin istimətində saxlayın. Bu vəziyyətdə 10 saniyə qaldıqdan sonra düz dayanın və bir balaca əyilərək növbə ilə sağa və sola doğru yüngülvari hərəkət edin.

Bunları etdikdən sonra özünü əla hiss edəcəksiniz!

 

 

Sizin Reklam Yeriniz