Əlaqə Arxiv
news Image
2018.03.09
22:17
| A A A
Kök qadınların uşaqları daha ağıllı olur?

Qadınların çoxu artıq çəki almamaq üçün dəridən-qabıqdan çıxsa da, mütəxəssislər kök xanınların arıqlardan daha ağıllı olduğunu iddia edir. Bunu söyləyən alimlər dolu xanımların bir sıra üstünlüklərini vurğulayıb.

 

Araşdırmaların nəticələrinə görə, kök qadınların orqanizmi daha çox estrogen istehsal edir. Həmin hormonun beyinə müsbət təsir etdiyi deyilir. Həmçinin, iri ombalara sahib qadınların orqanizmində çoxlu omeqa-3 yağ turşuları olur. Buna görə də, mütəxəssislər, kök xanımların zəka səviyyələrinin yüksək olduğunu, onların bir neçə işi eyni anda görə bildiklərini vurğulayırlar. Belə xanımlar orta yaş sindromunu daha asan keçirir, əsəbləri daha dözümlü olur.

 

O cümlədən, kök xanımların dünyaya gətirdikləri uşaqların da arıqların övladlarından daha ağıllı olduqları deyilir. Buna səbəb ananın ombasında toplanan omeqa-3 yağ turşularının ana bətnindəki körpənin beyin inkişafına müsbət təsir etməsidir./qadinlar.biz/

Sizin Reklam Yeriniz