Əlaqə Arxiv
news Image
2018.03.09
20:21
| A A A
Eynşteynin gizli məktubu üzə çıxdı

Böyük alim Eynşteyn qızı Lieserlə bu məktubu göndərən zaman deyir:

 

"Məktub insanlar üçündür. Amma insanlar o məktubda yazılanları dərk edən səviyyəyə çatana qədər onu saxla". Qızı elə də edir. Böyük alimin ölümündən 20 il sonra onun 1400-ə qədər məktubunu ABŞ-ın nəhəng universitetlərindən birinə təqdim edir. Gizlədilməsini xahiş etdiyi aşağıdakı məktub da onların arasında olur.

 

Movqe.az  moderator.az-a istinadən həmin məktubu ixtisarla təqdim edir:

 

"Nisbilik nəzəriyyəsini təbliğ etdiyim zaman çox az insan məni anladı. İndi bu məktubda çatdırmaq istədiklərim yenə də yanlış anlaşılacaq və ön yarğılara səbəb olacaq. Aşağıda yazdıqlarımı kütlə onları anlayacaq səviyyəyə çatana qədər gizli saxla. Yazdıqlarımın illərlə, hətta on illərcə gizli saxlanılmasının tərəfdarıyam:

 

Elmin bu günə qədər hələ də açıqlaya bilmədiyi bir enerji mövcuddur. Bu hər kəsi öz içinə alan, yönəldən, bütün kainatı idarə edən, bütün olayların arxa fonu olan və hələ də adını qoya bilmədiyimiz böyük bir GÜCdür. Bu bəşəri gücün adı SEVGİ-dir.

 

Elm adamları birləşmiş sahə nəzəriyyələri üzərində araşdırma apararkən ən böyük gücü unutmuş oldular. Sevgi - onu verəni və alanı aydınladan çox güclü bir işıqdır. Sevgi bir cazibə qüvvəsidir - insanları bir-birinə cəzb edir. Sevgi bir gücdür - sahib olduqlarımızın dəyərini qat-qat artırır. Sevgi bir qoruyucudur - insanları korlaşmış şəxsi maraqlarının təsiri altından xilas edər.

 

Sevgi üçün yaşayır və sevgi üçün ölürük. Sevgi Yaradıcıdır, Yaradıcı da sevgidir.

 

Sevgini isbat etmək üçün məşhur düsturumdan istifadə etdim. Cüzi dəyişiklik etdim. E=mc² düsturumdan yararlandım: dünyanı şəfalandıran enerjinin işıq sürətinin (yəni c-nin) kvadratı ilə sevginin hasilindən ibarət olduğunu nəzərə alsaq, sevginin ən güclü enerji olduğu nəticəsinə gəlmiş olarıq. Çünki bu enerjinin sonu, sərhədi yoxdur.

 

İnsanlığın xilası üçün kainatdakı bəzi enerji növlərinin uğursuz sınaqlarından sonra başqa enerji axtarmaq gərəkdir.

 

Soyumuzun davam etməsini, üzərində hər bir canlının yaşadığı bu dünyanın xilasını istəyiriksə, o zaman axtaracağımız yeganə enerji növü sevgi olmalıdır.

 

Planetimizi məhv edən nifrəti, şəxsi maraqları, tamahı yox edəcək Sevgi bombası hazırlamağa bəlkə də hazır deyilik. 

 

Amma hər kəsin daxilində ortaya çıxarılmasını gözləyən kiçik bir sevgi "generator"u var. 

 

Əziz Lieserl, bu bəşəri enerjini verməyi və almağı bacardığımız zaman sevginin hər şeyin öhdəsindən gələ biləcəyini təsdiqləmiş olacağıq. Çünki sevgi həyatın özüdür.

 

Həyatım boyu sənin üçün səssiz-səssiz döyünən ürəyimin içindəkilərini sənə söyləyə bilmədiyim üçün peşmanlıq çəkirəm. Üzr istəmək üçün bəlkə də çox gecdir. Amma bu məktubla səni sevdiyimi söyləmək və həyatdakı əsas və yeganə cavabın - SEVGİnin tapılmasına, kəşfinə yardımın üçün təşəkkür etmək istəyirəm. 

 

Sevgini tap və sevgiylə qal.

 

Atan A.Eynşteyn".

Sizin Reklam Yeriniz