Əlaqə Arxiv
news Image
2012.11.28
16:01
| A A A
Yeni bakteriya növü tapılıb
Movqe.az xəbər verir ki, Cənub Qütbündəki duzlu göldə günəş işığı və oksigen olmadan yaşaya bilən bakteriyalar tapılıb. Amerikalı elm adamları, ammonyak, azot, hidrogen, nitrat, azot oksidin sıx olduğu Vida Gölündə buzun 20 metr altında yaşaya bilən mikroorqanizmlər kəşf edib. Miçiqan Universitetinin professoru Estron, kəşfin həmçinin buzla örtülü duzlu su okeanlarına sahib olduğu düşünülən Yupiterin peyki "Europa" kimi, başqa planetlərdəki ehtimal olunan həyat formaları üçün nümunə təşkil etdiyini bildirib. Araşdırmaya aparanlardan Nevada Universiteti professoru Alison Murrey, indiyə qədər bu geokimyəvi proseslər, buzla örtülü ətraflardakı mikrob həyatı ilə bağlı demək olar ki, heç bir şey bilinmədiklərinə diqqət çəkib.


Sizin Reklam Yeriniz