Əlaqə Arxiv
news Image
2012.11.30
16:15
| A A A
Yaddaşımız getdikcə zəifləyir?
Movqe.az xəbər verir ki, Amerikalı bir tədqiqatçı, insan zəkasının yavaş yavaş gerilədiyini iddia edib. Kaliforniya Universitetinin bioloqu Gerald Krabtri, "Trends in genetics" jurnalına verdiyi müsahibəsində belə deyib. O, insan zəkasının 120 nəsildən yəni son 3000 ildən bu yana zəiflədiyini bildirib. "Məsələn antik Yunanıstandan bir qonaq gəlsəydi  o bizdən daha ağıllı olardı. Bu adam bizdən daha yaradıcı olduğu kimi, yaxşı bir yaddaşa da sahib olardı"-Gerald Krabtri belə deyib. Krabtrinin tezisi belədir: "Əvvəllər beynini istifadə etməyən insan qidalana və ya vəhşi heyvanlardan koruna bilməzdi. Yəni yalnız ən ağıllı insanlar həyatda qala bilərdi. Bu da insan zəkasının dayanmadan inkişafını təmin etmişdir. Halbuki əkinçiliyin kəşf edilməsindən sonra insanlar, zəif fərdlərin də qorunduğu böyük qruplarda yaşamağa başladı və artıq böyük qruplarda daha çox ortaya çıxan xəstəliklərdən qorunma səyi, zəkadan daha əhəmiyyətli hala gəlmişdir.



Sizin Reklam Yeriniz