Əlaqə Arxiv
news Image
2016.05.01
14:00
| A A A
Hindistanda 300 nəfər istidən ölüb

Aprelin əvvəlindən Hindistanda tüğyan edən istilərdən 300 nəfər həyatını itirib.

 

Movqe.az musavat.com-a isinadən  xəbər verir ki, əvvəllər ölənlərin sayının 150 nəfər olduğu bildirilirdi.

 

Məlumata görə, Telanqana ştatında ölənlər 137 , Odişedə isə ölənlərin sayı 119 nəfərə çatıb.

Bixara ştatında istilərlə əlaqəli yanğında ölənlərin sayı 66 nəfər olub. Bixara hökuməti səhər saat 09:00-dan axşam saat 18:00-a qədər odla yemək bişirməyi qadağan edib. Bundan başqa, hökumət odla dini ayinlər yerinə yetirməyi və məhsul yığımından sonra sahələri yandırmağı da qadağan edib.

 

Sinoptiklər bildiriblər ki, anormal istilər əsasən ölkənin mərkəzi və şimal-şərq rayonlarında daha çox özünü göstərəcək.

Sizin Reklam Yeriniz