news Image
2016.05.01
17:00
| A A A
Bu dövlətlər dünyanın ən kiçik dövlətləridir - SİYAHI

Movqe.az big.az-a istinadən xəbər verir ki, dünyanın ən kiçik dövlətlərinin maraqli siyahısını sizlərə təqdim edir.


VATİKAN


İtaliyanın paytaxtı Roma şəhərinin içərisində yerləşən və sərhədləri divarlarla hörülən Vatikan dünyanın ən kiçik ölkəsidir. 


Sahəsi 0.44 kvadratkilometr olan bu ölkənin əhalisi təxminin 800 nəfərdən ibarətdir. Bu insanların əksəriyyəti iş üçün orada yaşayırlar. 


Rəsmi olaraq, 1929-cu ildə İtaliya ilə bağlanan Laterano müqaviləsi nəticəsində qurulan bu ölkə dini rəhbərliyə sahibdir. Ölkənin başında Roma Papası durur.


MONAKO 


Dünyanın ikinci ən kiçik ölkəsi olan Monako Fransa və Aralıq dənizi arasında yerləşir. Sahəsi 1.5 kvadrat kilometr olan bu ölkənin rəsmi olaraq, tək şəhəri Monte Karlodur. 


Bu ölkənin əhalisi 33 min nəfərdən ibarətdir. 


Kazinoları və sahildəki otelləri ilə məşhur olan Monako zəngin insanların tez-tez üz tutduğu ölkədir.


NAURU 


Bu, Cənubi Sakit Okeanının Okeaniya bölgəsində yerləşən dünyanın ən kiçik ada ölkəsidir. Sahəsi 22 kvadrat kilometr olan ada ölkəsinin əhalisi 9 min 322 nəfərdir. 


Bu ölkə 1900-cü ildən zəngin fosfat istehsalı ilə tanınır. Nauru 1968-ci ildə Avstraliyadan ayrılıb, müstəqil olub. Ölkənin rəsmi adı "Pleasant Island"dır. 


TUVALU


Bu, Okeaniyada Havay adaları ilə Avstraliya arasında yerləşən kiçicik bir ölkədir. Beş mərcan adası və dörd dayaz adadan ibarət olan bu ölkənin ümumi sahəsi 15 kvadratkilometrdir. 


1978-ci ildə ABŞ-dan ayrılıb, öz müstəqilliyini elan edib. Əhalisi 12 min nəfərdən ibarətdir.


SAN-MARİNO


İtaliyanın cənubunda yerləşən bu ölkənin sahəsi cəmi 40 kvadratkilometrdir. 


Dörd bir yanı İtaliya əraziləriylə əhatə olunan bu ölkənin əhalisi 32 min nəfərdir. 


LIXTENŞTEYN


Bu, Mərkəzi Avropada yerləşən, knyaz tərəfindən idarə edilən konstitusiyalı monarxiya dövlətidir. Lixtenşteyn Reyn çayının sağ sahilində yerləşir. Avstriya və İsveçrə ilə həmsərhəddir. 


Dövlət dili alman dilidir. Danışıq dili isə alman dilinin dialektlərindən biri olan alman ləhcəsidir. Dini etiqadlarına görə əhalinin 92 faizi katoliklər, 8 faizi isə protestantlardırlar. 


Əhalisi 36 min nəfərdən ibarət olan bu ölkə 1806-cı ildə müstəqilliyini elan edib. 


MARŞALL ADALARI


Təxminin 100 kvadratkilometr sahəyə malik olan bu ölkə kiçik ölkələr sırasında yeddincidir. 


1986-cı ildə müstəqilliyini elan etmiş bu ölkə ekvatora da yaxındır. 


Ölkənin əhalisi 68 min nəfərdən ibarətdir. 


SENT-KİTS VƏ NEVS


Karib dənizinin şərq hissəsində yerləşən bu dövlət Sent-Kids və Nevis adalarından ibərətdir. Dövlət başçısı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası II Elizabetdir. 


Sen-Kits və Nevis həm ərazisinə, həm də əhalisinin sayına görə Karib dənizinin ən kiçik dövlətidir.


Sahəsi 150 kvadratkilometr olan bu ölkənin əhalisi isə 50 min nəfərdən ibarətdir.


1983-cu ildə Birləşmiş Krallıqdan ayrılıb, müstəqil Sen-Kits və Nevis Federasiyası adını alıb. 


SEYŞEL


Rəsmi adı Seyşel Adaları Respublikasıdır. Hind Okeanının qərb hissəsində yerləşir. 92 adadan ibarətdir. Sahəsi 405 kvadratkilometrdir. Paytaxtı Viktoriya şəhəridir. İqtisadiyyatın başlıca sahəsi turistik biznesdir.


Bu ada ölkəsi Afrikanın ən kiçik ölkəsidir. Əhalisi 88 min nəfərdən ibarətdir.


1976-cı ildə Birləşmiş Krallıqdan ayrılıb və müstəqil ölkə elan edilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs