Əlaqə Arxiv
news Image
2016.05.01
20:00
| A A A
Bunlar beyinə ziyan vurur

1. Yuxunun az olması


Yuxunun az olması beyinin fəaliyyətinə çox mənfi təsir edir, yaddaşın, diqqətin, kiçik motorikanın  zəifləməsinə səbəb olur. Bu hal xroniki xarakter daşıyırsa, beynin hüceyrələri məhv olunmağa başlayır.


2. Səhər yeməyindən imtina


Milli.Az saglamolun.az-a istinadən bildirir ki, səhər yeməyindən daim imtina edən insanın beynin fəaliyyəti pozulur. Səhər yeməyin olmaması qanda  şəkərin səviyyəsinin düşməsinə səbəb olur. Bu isə beynin fəaliyyətini zəiflədir.


3. Şəkərin həddindən artıq miqdarda qəbulu


Sübut olunub ki, şəkərin həddindən artıq miqdarda qəbulu beynin fəaliyyətinə mənfi təsir edir, beynin qidalanmasını pozur.


4. Stress


Xroniki stress beynin sağlamlığına mənfi təsir edir, yaddaşı pozur və zehni zəiflədir.


5. Yuxu dərmanları və antidepressantlar


Bu preparatlardan süi-istifadə edən insanlarda yaddaşın, diqqətin pozulması, hətta kəmağıllıq inkişaf edə bilər.


6. Siqaret çəkmək


Siqaret çəkmək damarların (o cümlədən, beyin damarlarının) sıxılmasına səbəb olur. Bunun nəticəsində beyin ona lazım olan qidalı maddələri kifayət miqdarda almır. Bu isə, təbii ki, müxtəlif pozulmaların inkişafına təkan verir. Sübut olunub ki, siqaret çəkən insanlarda Alsheymer xəstəliyinin riski artmış olur.


7. Susuzluq


Susuzluq insanın sağlamlığına çox mənfi təsir edir. Xroniki susuzluq beyinin fəaliyyətini zəiflədir.


8. Məlumatların artıqlığı


Hər gün insan müxtəlif mənbələrdən (İnternet, televiziya və s.) çoxlu sayda müxtəlif məlumatlar alır. Məlumatların artıqlığı beyin üçün ziyanlıdır - stresə səbəb olur, yaddaşı zəiflədir.


Milli.Az

Sizin Reklam Yeriniz