Əlaqə Arxiv
news Image
2016.05.07
15:00
| A A A
Mona Liza kişi olub? - Tədqiqatçılardan yeni iddia

İtaliyalı rəssam Leonardo Da Vinçinin məhşur əsəri "Mona Liza" haqqında yeni iddia ortaya atılıb.


Movqe.az bildirir ki, italiyalı tədqiqatçı Silvano Vinsettinin sözlərinə görə, Leonardo da Vinçi məhşur portreti ərsəyə gətirərkən iki modelin sima cizgilərindən istifadə edib. Maraqlısı budur ki, onlardan biri kişi, digəri isə xanım model olub. Tədqiqatçı bildirib ki, portretdəki xanım modelin adı Mona Liza del Giokondo olaraq bilinən Lizza Cerardini, kişi modelin adı isə Saleyi olaraq tanınan Cian Ciakomo Kaprottidir. Tədqiqatçının bu iddiası bu günə qədər portretdəki modelin xanım olması barədə fikirləri alt-üst edir.


Eyni zamanda İtaliya Milli Tarix və Mədəni İrsin inkişaf etdirilməsi Komitəsinin rəhbəri vəzifəsində çalışan Vinsettinin sözlərinə görə, Da Vinçinin digər əsəri olan "Saleyi"nin bir çox xüsusiyyəti "Mona Liza" ilə üst-üstə düşür. "Mona Liza"dakı Cerardini adlı xanım varlı ticarətçilərdən birinin həyat yoldaşı olub. Şəkil çəkilərkən ticarətçi həyat yoldaşını güldürmək üçün kloonlardan belə istifadə edib. Amma onun həyat yoldaşının simasında təbəssüm yaratmaq mümkün olmayıb. Leonardo Da Vinçi rəsimi çəkərkən ticarətçinin xahişi ilə xanımın üzərində təbbəssüm yaradıb. Buna görə də o, digər kişi modelin üz cizgilərindən istifadə edib.


Qeyd edək ki, bu iddialara italiyalı digər tədqiqatçılarda dəstək verib. Araşdırmalarda iştirak edən digər rəssamlar da iddia edir ki, "Mona Liz"a portretində kişi modelin sima cizgiləri var./atv.az/

Sizin Reklam Yeriniz