Əlaqə Arxiv
news Image
2016.05.07
17:00
| A A A
Amerikalı müharibə veteranı 110 yaşında vəfat edib

Amerikanın ən yaşlı II Dünya müharibəsi veteranı Frenk Levinqston 110 yaşında dünyasını dəyişib.

Movqe.az xəbər verir ki, o, Yaponiyanın Perl-Harbora hücumundan təxminən bir il sonra - 1942-ci il oktyabrın 6-da ordu sıralarına qəbul edilmişdi.


Yaxınlarının məlumatına görə, 1905-ci il noyabrın 13-də anadan olan Frenk Levinqston heç vaxt ailə qurmayıb və uşaqları olmayıb. Onun yaşadığı dövr ərzində Amerikada 19 prezident dəyişib. Levinqston 110-cu doğum günündə Ağ evdən təşəkkür məktubu almışdı.


Veteranın dəfn mərasimi mayın 10-da Luiziana ştatında, onun doğma şəhəri Kotton Vellidə keçiriləcək./azərtac/

Sizin Reklam Yeriniz