Əlaqə Arxiv
news Image
2016.05.09
12:00
| A A A
“Bitcoin”un yaradıcısı üzə çıxdı
"Bitcoin" ödəniş sisteminin "Satoshi Nakamoto" adı ilə tanınan yaradıcısının əsl kimliyi bəlli olub.

Movqe.az bildirir ki, avstraliyalı Kreyq Rayt (Craig Wright) 8 il öncə "Bitcoin"u kəşf edən "Satoshi Nakamoto"nun məhz o olduğunu açıqlayıb. Sözlərinin təsdiqi kimi K. Rayt sistemin təzə başladığı vaxtlarda istifadə olunan elektron imzanı göstərib.
 
K. Rayt şəxsiyyətini indi açıqlamasını belə əsaslandırıb ki, artıq bu məsələdə spekulyasiyalara son qoymaq istəyib.
 
Daha əvvəl kripto valyutanın ixtiraçısının məhz Kreyq Rayt olduğunu "Wired" nəşri öz araşdırması əsasında ortaya qoyub. Bundan sonra, ötən ilin dekabrında vergidən yayınma işi ilə əlaqədar K. Raytın evinə polis gəlib. Lakin polislər bu ziyarətin "Botcoin"la hər hansı əlaqəsi olmadığını bildiriblər.lent.az

Sizin Reklam Yeriniz