news Image
2016.05.09
16:00
| A A A
Qurdları öldürən GÖYƏRTİLƏR

Göyərtilər müalicəvi xüsusiyyətlərə malikdir. Göyərtilər orqanizmi ona lazım olan bir çox vitaminlər, minerallar, efir yağları və s. vacib maddələrlə təmin edir, orqanizmə virus və mikrobəleyhinə təsir edir.

Movqe.az saglamolun.az-a istinadən bildirir ki, bəzi göyərtilər orqanizmi müxtəlif qurdlardan təmizləmək xüsusiyyətinə malikdir. Bu göyərtilər arasında:

- Göy soğan və sarımsaq ən güclü parazit əleyhinə göyərtilər sayılır. Qidalanmanıza tez-tez bu göyərtiləri daxil edin.

- Fitonsidlərlə zəngin olan reyhan və tərxun da güclü qurdəleyhinə vasitədir.

- Keşniş və keşniş toxumu. Keşniş toxumu əsasında belə təbii qurdqovucu dərman hazırlamaq olar: 1/2 ç.q. keşniş toxumu 1 ç.q. balla qarışdırılır və səhər tezdən acqarına qəbul edilir. 30-40 dəqiqədən sonra qida qəbul etmək olar. Müalicə kursu - 10 gün.

- Şüyüdün yarpaqları, gövdələri, toxumları qurdları öldürür.

- Gicitkən. 1 x.q. xırdalanmış gicitkən 1 stəkan qaynar suda dəmlənir və gündə 3 dəfə 1 x.q. olmaqla içilir.

- Vəzəri də qurdəleyhinə təsirə malikdir.

Nəzərə almaq lazımdır ki, yaxşı yuyulmamış göyərtilərin üzərində qurdların yumurtaları ola bilər. Bu səbəbdən göyərtiləri əvvəl suya sirkə əlavə edilmiş suda islatmaq, sonra isə yaxşı yumaq lazımdır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs