news Image
2016.05.10
13:00
| A A A
Dünyada dəhşətli virus yayıla bilər - Qorxulu xəbərdarlıq!

Ümumdünya Səhiyyə Təşkilatı qlobal istiləşmənin qarşısını almaq üçün ciddi addımlar atmağın zəruriliyi vurğulanıb. Əks halda, 15 ildən sonra dünya qlobal istiləşmə nəticəsində yaranacaq yeni ölümcül viruslarla üz-üzə qalacaq. Bu da hər il yüz minlərlə insanın qorxulu xəstəliklərə düçar olması anlamına gəlir.


Həkimlər bəyan edir ki, xəstəliklərin iqlim dəyişilikləri ilə həssas bağlantısı var. Bunu müəyyən etmək üçün 1992-ci ildən bəri sürətlə dəyişməyə başlayan iqlim xəritəsinə və xəstəliklərin sayına baxmaq kifayətdir.


Alimlərin sözlərinə görə, qlobal istiləşmə nəticəsində dünya miqyasında dəniz səviyyəsi yüksəlir və bu da şirin su qaynalarının çirklənməsinə gətirib çıxarır. Qeyd olunur ki, problemlərin qarşısı alınmasa, şirin su hövzələrinin çirklənməsi nəticəsində ilk olaraq Banqladeş və Seneqalda yeni dəhşətli xəstəliklər baş qaldıracaq ./atv.az/


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs