Əlaqə Arxiv
news Image
2016.05.11
11:10
| A A A
Prezidentin qızının toyunda 6 min qonaq olacaq - fotolar
Mayın 14-də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın qızı Sümeyya Erdoğanın toyudur.

Movqe.az-ın axşam.az-a istinadən məlumatına görə, nikahın artıq dəvətnamələri ortaya çıxıb. 6 min nəfərin dəvət edildiyi nikah mərasimində şahidlərdən biri baş nazir Ahmet Davutoğlu olacaq.

Dəvətnamədə gül çələngi göndərmək istəyənlərdən bunun yerinə əsgər və polislərə yardım fonduna pul köçürülməsi xahiş olunur. Mərasimin baş tutacağı Küçükçekmecedə yerləşən "Yahya Kemal Beyatlı Gösteri Merkezi"ndə hazırlıqlar sürətlənib. 

Avropanın ən böyük səhnəsi sayılan "Arenamega" Ərdoğanın hakimiyyəti dövründə hazırlanıb. Açılışda prezident adı bəyənmədiyi üçün dəyişdirilərək "Yahya Kemal Beyatlı" mərkəzi adlanıb.







Sizin Reklam Yeriniz