Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ATV ekranlarında izləyicilərdən gələn sualları cavablandıran Nihat Hatipoğlu, Azərbaycandan göndərilən görüntüləri təəccüblə izləyib. Görüntülərin Azərbaycan televizyalarında da yayınlandığını vurğulayan Nihat Hatipoğlu, "İki uşaq yanğında vəfat edir . Yanğın əsnasında foto çəkilir ve iki cismin yuxarı doğru qalxdığı görülür. Bu görüntülərin uşaqların ruhu olub olmadığını soruşurlar" deyərək təəccüblə izləməyə davam edib.Bu açıqlamasının ardından görüntülərin yayına verilməsini istəyən Hatipoğlu şokunu gizləyə bilmədi. Görüntünün quşa bənzəmədiyini deyən Hatipoğlu "Hər şey olabilər. Cənabu Allah dilərsə məsum uşaqların ruhunun yuxarıya daşındığını göstərə bilər" şəklində şərh edib.