news Image
2016.05.11
21:00
| A A A
Şifrələrinizi dərhal dəyişin! - XƏBƏRDARLIQ

Gmail, Yahoo Mail, Hotmail  və digər elektron poçt xidmətlərinin istifadəçilərinin şifrələri oğurlanıb.

 

Movqe.az-ın məlumatına görə, internetdə milyonlarla istifadəçinin məlumatları yayılıb. Oğurluğun olduğunu ortaya çıxaran isə "Hold Security" firmasıdır. Firmanın etdiyi analizlərə görə, yayılan məlumatlarda 272 milyon fərqli istifadəçinin ad və şifrələri var. Bunların 42 milyon yarımı daha öncə etibarlılığı yüksək olan hesablardır.

 

"Hold Security" hakerlərin həmin məlumatları bir dollara satdığını və ya pulsuz verdiyini öyrənib. Hakerin qarşılıqsız olaraq həmin hesabları yayması isə hadisəni daha da qəlizləşdirib.

 

Oğurlanan hesablar arasında 57 milyon Mail.ru, 40 milyon Yahoo Mail, 33 milyon Hotmail, 24 milyon Gmail hesabı var. Mail.ru açıqlamasında qeyd edib ki, hesabları nəzarətə götürdüyünü və sahiblərinə xəbərdarlıq etdiyini deyib. Microsoft, Google və Yahoo isə hələ də vəziyyəti araşdırır.publika.az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs