Əlaqə Arxiv
news Image
2017.08.12
12:30
| A A A
Qəza keçirdi, hamilə qaldı

Erkən yaşda klimaks dövrünə başlayan qadın keçirdiyi velosiped qəzasından sonra 47 yaşında hamilə qalıb.

 

Movqe.az n xəbər verir ki, 27 yaşında erkən klimaks  dövrünə başlayan Keyt  Mansbric maraqlı təsadüf nəticəsində illər sonra uşaq sahibi olub. Velosiped qəzasından sonra Mansbric yenidən menstruasiyaya olub.

 

"Daily Mail"-in yazdığına görə, Keyt Mansbric 27 yaşında erkən klimaks dövrünə başladığını və bundan sonra uşaq sahibi olmayacağını öyrənib. İllər sonra Fransada velosiped qəzası nəticəsində ağır yaralanan qadın bir müddət yeriyə bilməyib. Hətta həkimlər Keytin həyatını əlil arabasında davam etdirmək məcburiyyətində qalacağını bildirib. Lakin qəza vaxtı adrenalin artımı çoxalma hormonlara təkan verib və o, yenidən aybaşı olub.  

 

Mütəxəssislər qızın yaşadığı travmanın çox nadir görülən kimyəvi dəyişikliklərə səbəb olduğunu bildirib. Qəzadan 3 il sonra hamilə qaldığını öyrənən Keyt həyatının ikinci şokunu yaşayıb: "Bir tərəfdən həyatım tamamilə alt-üst oldu, eyni zamanda da ana oldum".

 

Keyt indi 6 yaşlı qızı Rubi ilə çox xoşbəxtdir.publika.az

Sizin Reklam Yeriniz