Əlaqə Arxiv
news Image
2017.08.27
09:30
| A A A
Şagird itirilmiş şəhər tapdı - FOTO

Kanadalı məktəbli Uilyam Qaduri (William Gadoury) Maya sivilizasiyası ilə çoxdan maraqlanırdı.

Movqe.az bildirir ki, o, mayalıların kosmos və ulduzlara sitayiş etdiklərini bilirdi.

Amma onu maraqlandıran məsələ: mayalıların həyat üçün əlverişli olan çay kənarında deyil, niyə əlçatmaz cəngəlliklərdə, sıldırımlarda və s. kimi qəribə yerlərdə şəhərlər tikdikləri idi.

Bir neçə il öncə məktəblinin ağlına, hinduların şəhərləri səmada ulduzların düzülüşünə müvafiq olaraq saldıqları ideyası gəlib!

Oğlan məskənlərin xəritəsini tərtib edib, bu xəritəni ulduz xəritəsi ilə tutuşduraraq daha bir naməlum şəhərin harada olmasını deyə bilib. Bu icad onun nəzəriyyəsi üçün möhtəşəm təsdiq olub.

Uilyam Qaduri mövzunu bir neçə il öyrənib və mayalıların 117 şəhərini 22 ulduz sxemi üzrə yerləşdirib - buna indiyədək heç kim müvəffəq olmamışdı.

O, təxminən bir il əvvəl daha iki şəhəri 23-cü ulduz xəritəsi ilə tutuşdura bilib. Ulduz sxeminə tam uyğunluq üçün yalnız sonuncu, 118-ci şəhər çatışmırdı. Məktəbli şəhərin harada ola biləcəyini dəqiq hesablayıb.

Təəssüf ki, göstərilən koordinatları oğlan tək başına yoxlaya bilməzdi, belə ki, bunun üçün o, Mərkəzi Amerikanın dərin cəngəlliklərinə səyahət etməli olacaqdı.

Ona görə də yardım üçün məktəbli, qərb koordinatları üzrə detallı peyk fotoşəkillərini göstərmək xahişi ilə Kanada Kosmik Agentliyinə müraciət edib. Alimlər oğlanın xahişini yerinə yetiriblər və onun ehtimalları təsdiqlənib.

Peyk şəkillərini işləyərkən, Uilyam onları "Google Earth"dəki təsvirlərlə tutuşdurub.

NASA və Yaponiya Kosmik Agentliyinin peyk şəkilləri üzrə şəhərin detallı öyrənilməsi daha öncə məlum olmayan məskəndə piramida və 30-a yaxın tikilinin olduğu müəyyən edilib.

Bu, maya sivilizasiyasının sayca 118-ci, amma indiyə qədər məlum olan beş ən iri şəhərdən biri olub.

Şəhər "K'àak' Chi'" (Alovlu ağız) adını alıb. Hələlik onu heç kim realda görməyib. Ola bilər ki, yaxın illərdə elmi ekspedisiya təşkil edilsin, amma mütəxəssislər bu işin böyük məsrəf tələb edəcəyi barədə xəbərdarlıq ediblər.

"Bu, mənim üçillik işimin kuliminasiyası və bütün həyatımın arzusu olacaq", - oğlan deyib.

Uilyam Qaduri işinin nəticələrini 2017-ci ildə Braziliyada elmi konfransda təqdim edəcək. /oxu.az/

Sizin Reklam Yeriniz