news Image
2016.05.12
10:15
| A A A
Uşaqları bələməyin! Bu çox təhlükəlidir!

Bristol Universiteti (İngiltərə) alimləri köpənin ani ölümü sindromu ilə bağlı yeni araşdırma aparıblar.


Movqe.az saglamolun.az-a istinadən bildirir ki, körpənin ani ölümü sindromu nadir, lakin çox faciəli fenomendir - tam sağlam uşaq səbəbsiz olaraq qəfildən yuxuda ölür. Bu sindroma yalnız 1 yaşına qədər olan körpələndə rast gəlinir. Oğlanlarda qızlarla müqayisədə ani ölüm sindromuna daha tez-tez rast gəlinir.


Əvvəlki araşdırmalar göstərib ki, körpənin ani ölümü sindromunun əsas risk faktorları arasında: körpənin qarın üstündə yatması, körpənin ana ilə birlikdə yatması, uşaq çarpayının çox yumşaq olması, süni qidalanmadır.


MedicalDaily xəbər verir ki, İngiltərə alimləri körpənin ani ölümü sindromu nəticəsində dünyasını dəyişmiş 760 körpənin məlumatlarını analiz ediblər. Nəticədə alimlər belə qərara gəliblər ki, uşaqların yatmazdan əvvəl bələnməsi də körpənin ani ölümü sindromunun riskini artırır. Xüsusilə bu 6 aydan böyük uşaqlara aiddir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs