news Image
2016.05.12
12:32
| A A A
Yıxıldı, 20 il sonra ... - FOTO

20 ildən də çox bundan əvvəl - 1995-ci ildə avtomobil qəzasına düşmüş amerikalı qadın Mari Ənn Franko görmə qabiliyyətini itirmişdi.


Movqe.az  xəbər verir ki, buna səbəb onun onurğa sütununun zədələnməsi olmuşdu. Lakin bu günlərdə Cənubi Floridada yerləşən evində təsadüfən yıxıldıqdan sonra qadın boyun nahiyəsini zədələyib və keçirdiyi cərrahiyyə əməliyyatından sonra görməyə başlayıb.


Məlumata görə, qadın, sözün əsl mənasında gözlərinə inanmayıb: "Səhər yuxudan durdum və ətrafıma baxdım. Ağacların arasından Günəşin şüalarını gördüm. Aman Allah, görə bilmək necə də gözəldir".


Mütəxəssislərin fikrincə, 1995-ci ildə baş vermiş qəzadan sonra qadının onurğa sütununda arteriyalar qismən sıxılıb qalıbmış ki, bu da korluğa səbəb olub.


Neyrocərrahların sözlərinə görə, bu yaxınlarda keçirilmiş əməliyyat zamanı hansısa yolla həmin maneə aradan qalxıb./virtualaz.org/



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs