Əlaqə Arxiv
news Image
2016.05.12
13:52
| A A A
Dabansız ayaqqabıya görə təcridetmə

Gənc qadın yeni iş yerində heç bir gün də işləməmiş dabansız ayaqqabısına görə işini itirib. 27 yaşlı Nikol Torp London şirkətlərindən birinin qəbul otağında işə götürüləndən bir neçə saat sonra işdən azad edilib. Ayaqqabısı dabansız olan qadından, şirkətdaxili qaydalara görə, dabanı 5-10 sm olan ayaqqabı geyinməsini xahiş ediblər.Gənc katibə bütün günü hündürdaban ayaqqabı ilə işləməyin çətin olacağını rəhbərliyə izah edib. O bildirib ki, dabansız ayaqqabılar onun işinə müsbət təsir göstərir. Qəbul otağındakı kişi işçilər onun bu halını gülüşlə qarşılayıblar. BBS kanalında yer alan bu əhvalat heç də yeganə hal deyil. Çünki, Britaniya qanunvericiliyi şirkətlərin daxili geyim qaydalarına əməl etməyənlərin işdən azad edilməsini yasaqlamır.Bu səbəbdən ingilislər qanuna müvafiq düzəliş edilməsi üçün imzatoplama mərasiminə başlayıblar. Təşəbbüsçülər bu aksiyanı qadınların işini asanlaşdırmaq üçün başladıqlarını bildirirlər. "Mən danışmaq istəmirdim, ancaq elə etməliyəm ki, səsim hər yanda eşidilsin"  N.Trop deyir. Yeri gəlmişkən, petisiyanı artıq 10000 nəfər imzalayıb.


Sizin Reklam Yeriniz