Əlaqə Arxiv
news Image
2016.05.12
22:30
| A A A
Əkizlər 27 il sonra bir-birini tapdılar - FOTO

İnanılmaz tarix yalnız filmlərdə baş vermir.


Movqe.az modern.az-a istinadən bildirir ki, bunu uşaq yaşlarında bir-birindən ayrılan Anais Borde və Samanta Futerman adlı əkiz bacılar da sübut ediblər.


Qızlar bir-birini 27 il sonra YouTube vasitəsilə tapıblar. Üç aylığında qızlığa götürülən Anais Borde Fransada böyüyüb. O, Londonda təhsil alanda tanışı YouTube vasitəsilə  "21 və daha çox" treyler filminin linkini atıb. Bundan sonra qız çaşıb qalıb və filmdəki qız haqda daha çox şey öyrənmək qərarına gəlib.


Anais fəal axtarış nəticəsində onun bənzəri ABŞ-da olan gənc aktrisanın adının Samanta Futerman olduğunu öyrənib. Qız bundan sonra ona Feysbuk vasitəsilə xəbər yollayaraq, özü haqda məlumat verərək bir-birinə çox bənzədiklərini yazıb. Amerikalı qız əsl mənada şoka düşüb, sonra isə DNK analizi etmək qərarına gəlib, nəticədə məlum olub ki, onlar əkiz bacıdırlar.


Qızlar 1987-ci il noyabrın 19-da Seulda doğulublar və tezliklə bir-birindən ayrılıblar. Samanta ABŞ-dan olan valideynlərə övladlığa verilib, Anais isə onu övladlığa götürən valideynləri ilə Fransaya yollanıb.


Qızlar hazırda vaxtlarının çox hissəsini birgə keçirirlər, onların üzləşdiyi bu hadisə haqda süjetlər çəkilir, müxtəlif nəşrlərdə yazılır.

Sizin Reklam Yeriniz