Əlaqə Arxiv
news Image
2016.05.12
17:20
| A A A
"Edam edilən" qərargah rəisi 36 ildən sonra üzə çıxdı

Şimali Koreya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Ri Yon Gilin edam edilməsi ilə bağlı yayılan xəbərlər yalan çıxıb.


Movqe.az axar.az-a istinadən bildirir ki, Yon Gil İşçi Partiyasının 36 illik fasilədən sonra keçirilən konqresində iştirak edib.

 

Partiyanın rəsmi qəzeti "Rodonq Simmun" da Baş Qərargah rəisini partiyanın idarə heyətinin üzvlərindən biri kimi göstərib.

 

CNN telekanalının məlumatına görə, Cənubi Koreya rəsmisi Ri Yon Gilin fotoşəklinin yayımlandığını iddia edib.

 

Xatırladaq ki, ​hakimiyyətə gəldikdən sonra Kim Çen İnin yaxın qohumlarını müxtəlif yollarla aradan götürdüyü deyilirdi. Məsələn, bir müddət öncə Kim vətənə xəyanətdə günahlandırılan əmisi Çan Son Txeki diri-diri itlərə yem etmişdi. Baş Qərargah rəisi Ri Yon Gil də həmin "qurbanlar" sırasında göstərilirdi.

 

Bu ilin fevralında "Yonhap" agentliyi Baş Qərargah rəisinin korrupsiya və mənimsəmədə ittiham olunaraq asıldığı barədə məlumat yaymışdı.



Sizin Reklam Yeriniz