Əlaqə Arxiv
news Image
2016.05.13
18:00
| A A A
Facebook-un sirri faş oldu

Facebook-da milyardlarla istifadəçi üçün hər gün xəbərlər lentinin formalaşdırılması ilə bağlı prinsipin sirləri Britaniya mediasında dərc olunub.

Movqe.az-ın verdiyi məlumata görə, Milli.Az The Guardian-a istinadən bildirir ki, sən demə, günün əsas hadisələrini Facebook-da hər hansı müvafiq proqram yox, 12 redaktor müəyyənləşdirir. Facebook-un "yalnız xidməti istifadə üçün" qrifli sənədləri buna dəlalət edir.

Redaktorlar 10 məşhur, əsasən də ABŞ-ın informasiya portallarından yararlanırlar. Bundan başqa redaktorlar bəzi mövzuları gündəlik xəbər lentinə daxil etməyə bilərlər.

Facebook rəhbərliyi indiyədək iddia edirdi ki, xəbərlər bir sıra amillər arasında seçilir. Həmin amillər arasında zaman, istifadəçinin fəallığı və onun bəyəndiyi səhifələr və s.-dir ki, bu da avtomatik seçimi ehtiva edir.

Sizin Reklam Yeriniz