Əlaqə Arxiv
news Image
2016.05.16
21:30
| A A A
İlk dəfə Azərbaycan seriallarının finalı canlı yayımlanacaq

2013-cü ildən "Xəzər" telekanalında efirə gedən "Bir ailəm var" və "Həyat, sən nə qəribəsən" serialları sona çatır.


Movqe.az axşam.az-a istinadən bildirir ki, indiyə kimi hər iki serialda 85 nəfər əsas rollara, 2500 nəfər isə epizodik rollara çəkilib. 


Ümumilikdə hər iki serial üçün 1027 seriya ssenarisi yazılıb.


"Həyat, sən nə qəribəsən"də baş rollarda Günel Həmidova, Kənan Yusifov, Asya Atakişiyeva və Tural Baxış çəkiliblər. 


Ekran işlərində eyni zamanda xalq artistləri Nurəddin Mehdixanlı, Hacı İsmayılov, Həmidə Ömərova, əməkdar artist Suğra Bağırzadə çəkiliblər. 


Seriallardan biri iyunun 2-də, digəri isə 3-də final edəcək. Onu da qeyd edək ki, seriallar Azərbaycan teleməkanında ilk dəfə olaraq canlı final yayımı ilə sona çatacaq.

Sizin Reklam Yeriniz