news Image
2016.05.17
10:15
| A A A
İtkin müğənni tapıldı

Çikaqo polisi irlandiyalı müğənni Şinneyd О'konnorun itkin düşməsi ilə bağlı elan verib.


Movqe.az-ın verdiyi məlumata görə, 49 yaşlı müğənni mayın 15-də saat 6:00-da evdən çıxaraq velosiped yürüşünə gedib və o andan etibarən ondan heç bir xəbər yox idi.


Bir qədər sonra Çikaqo polisi Şinneyd О'konnoru Vilmett rayonunun ətrafında tapıb. Onun səhhətinin normal olduğu bildirilir.


Polis müğənninin özünü öldürdüyü ehtimalının olduğunu bildirirdi. Belə ki, o, bundan öncə - 33 və 45 yaşında intihara cəhd edib.


Ş. О'konnor 1990-cı ildə "Nothing compares 2 U" mahnısı ilə tanınıb. 1991-ci ildə "I Do Not Want What I Haven't Got" albomuna görə "Qremmi" mükafatını qazanıb.


Müğənni 4 dəfə ailəli olub. Bu evliliklərdən ən kiçiyinin 9, ən böyüyününkünün isə 28 yaşı olmaqla 4 övladı var. Hazırda psixoloq Barri Herriclə evlidir./qafqazinfo/

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs