news Image
2016.05.17
22:00
| A A A
"Dini dövlətlərin sonu pis bitir"

Katolik kilsəsinin lideri və Vatikanın prezidenti Papa Fransisk dövlətin hüquqi olmasının vacibliyini vurğulayıb və "Dini dövlətlərin sonu pis bitir", - deyə bildirib.


Movqe.az lent.az-a istinadən bildirir ki, hüquq və dinin ictimai sahədəki yeri ilə hüquqi Fransa modelinə dair sualı cavablandıran Papa  dini dövlət qurmağın tarixə zidd olduğunu qeyd edib: "Dövlətlər hüquqi olmalıdır, dini olanların sonu pis bitir. Bunlar tarixə ziddir".

"Hər birimiz Tanrının övladlarıyıq. Hər kəs dini inancını ifadə etmək sərbəstliyinə sahib olmalıdır. Əgər müsəlman bir qadın hicab taxmaq istəyirsə, bunu edə bilməlidir. Bu eynilə xaç taxmaq istəyən bir katolikə də aiddir", - deyə Papa əlavə edib.


Fransanın hüquqi dövlət modelində həddini aşdığını deyən Papa dinin alt mədəniyyət kimi qəbul edilməsinə etiraz edib.  


Papa onu da bildirib ki, bu gün dünyada islam qorxusu yoxdur. Xristian və müsəlmanların hələ də birlikdə yaşaması mümkündür: "Məsələn, mən müsəlman və xristianların birgə yaxşı yaşadıqları Argentinadan gəlirəm".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs