7 İldə burnuyla kitab yazdı
Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aydın Efeler ailəsiylə birlikdə yaşayan 35 yaşındakı Mustafa Erol, doğumda beyni oksigensiz qaldığı üçün "serebral Pals" xəstəsi kimi həyat mübarizəsi verir.
Narahatlığına görə əllərini və ayaqlarını istifadə edə bilməyən Mustafa Erol, 2009-ci ildə burnuyla kompüterdə yazmağa başladığı və "Hər kəs məni maneəli bilir" adını verdiyi kitabını 7 ildə bitirdi.
Aydın Qubernatorluğu və İl Milli Təhsil Müdirliyinin dəstəyiylə min ədəd basdırılan kitab, nümunə olması üçün məktəblərdə paylanılır.