Əlaqə Arxiv
news Image
2016.05.17
17:10
| A A A
Fransada məhkəməsiz boşanma məsələsi müzakirə olunur

20 minute saytı xəbər verir ki, Fransa Respublikasının Milli məclisi bu gün "XXI əsrin ədaləti" layihəsinin müzakirəsinə başlayıb.

  Fransua Ollandın beşillik hakimiyyəti dövründə axırıncı böyük hüquqi islahat olan layihədə boşanma işində yeni hüquqi mexanizm yaradılması nəzərdə tutulur. Əgər layihə qəbul edilsə, məhkəməlik işlərin siyahısında dəyişiklik olacaq.

İslahatda nəzərdə tutulur:

• Boşanmalar məhkəmədə yox, notariusda təsdiqlənsin

Bu, həlledici və kifayət qədər mübahisəli məsələdir. Hökumət düşünür ki, madam boşananların 54%-i qarşılıqlı razılıq əsasında ayrılırlar, onda onlar bunu məhkəməyə getmədən də edə bilərlər. Hakimləri əlavə yükləməməyin bir yolu budur. Boşanmaq qərarı verən cütlük birlikdə vəkil tutur və boşanmanın mətnini tərtib edib notariusa təqdim edirlər. 15 gündən sonra boşanma artıq qüvvəyə minir.

• Ailə assosiasiyaları məhkəməsiz boşanmaların əleyhinədir

Məhkəmə məmurlarının sindikatı, ailə assosiasiyaları və hüquq müdafiəçiləri bu təklifin əleyhinə çıxış edərək bildirirlər ki, bu, uşaq hüquqlarının müdafiəsini və əhalinin zorakılığa məruz qalmış qadınlar kimi təbəqəsini təhlükə altında qoyur.

Lakin layihə artıq müzakirə üçün qəbul edilib. Son söz deputatlarındır.


Sizin Reklam Yeriniz