İnternetdən aldı və zəhərləndi
Mövqe.az xəbər verir ki, İngiltərəli bir qadın internetdən aldığı
bilərziyi taxdıqdan sonra bədənində civzələr yaranıb,qarabasma
görməyə başlayıb və nəhayət psixi xəstəliklər dispanserinə
aparılıb.
İngiltərədə yaşayan 40 yaşlı Jo Vollacottun son günlərdə yaşadığı problemin səbəbinin bilərziyində aşkarlanan zəhərli maddədən olduğu müəyyən edilib.
Qarabasma görən Vollacott həmin vaxtlarda ərindən boşanıb.
2 uşaq anası olan qadının oğlu bir gün məktəbdən evə qayıdanda zəhərli maddələrlə əlaqədar bir yazı gətirib.
Kağıza təsadüfən nəzər yetirən Vollacott internet vasitəsilə aldığı bilərziyində zəhərli maddə ola biləcəyini düşünüb. Bilərziyi araşdıran mütəxəssislər həqiqətən də onun içində terroristlərin faydalandığı və istifadə edilməsi qadağan olan bir maddəyə rast gəlib. Mütəxəssislər bilərziktə olan zəhərin 3 milliqramı udulduğu halda öldürücü təsiri ola biləcəyini müəyyən edib
Əfqanə Məzahirqızı

MOVQE.AZ