Əlaqə Arxiv
news Image
2016.05.22
14:00
| A A A
Uşaqların təhlükəli oyunları

Birləşmiş Krallıqda son illərdə uşaq bağçalarında iti və kəsici olan əsl təmir alətlərinin istifadəsi ilə uşaqlara həyati biliklərin verilməsinin tətbiqi tendensiyası artmışdır. daynurseries.co.uk saytı bildirir ki, bunun əsasını iki il öncə County Durhamda yerləşən "York House Nursery" bağçası qoymuşdur. Bağçada 2 yaşlı uşaqlara alətləri  saxlamaq və istifadə etmək imkanı yaradılmışdır.  Bağça idarəedicisinin sözlərinə görə plastik alətlərlə uşaqların fəaliyyəti çox cansıxıcı və əsəsbləşdiricidir, çünki plastik bıçaqla tərəvəz doğramaq və plastik bel ilə torpaq qazmaq qeyri-mümkündür. Bu səbəbdən uşaqlara ilkin həyati biliklər və təcrübə vermək üçün bağça administrasiyası əsl usta alətlərindən istifadə etməyə başlamışdır. Bu isə öz növbəsində uşaqları daha çox öyrənməyə həvəsləndirmiş, kommunikasiya, koordinasiya, kiçik və iri motorikanın inkişaf etdirmişdir. Kevin Harcombe, "Risky play'" kitabının müəllifi qeyd edir ki, uşaqların ciddi alətlərlə oynaması onlara özünü-tənzimləmə və idarəetmə qabiliyyətlərinə yiyələndirir. Plastik oyuncaqlarla uşaqlar müəyyən nailiyyətlər əldə edə bilərlər, lakin onların alətləri istifadə qabiliyyətləri və təhlükə hislərinin inkişafına təsir etməyəcəkdir. Həmçinin müəllif qeyd edir ki, real alətlər uşaqlarda daha çox maraq oyatdığından onları tikməyə, inşa etməyə, yaratmağa həvəsləndirir.


Milli.Az vib.az-a istinadən bildirir ki, bundan əlavə olaraq, əsl alətlər uşaqlarda hələ qələmlə tanışlıqdan əvvəl onların əl və qol əzələlərinin inkişafına kömək olacaqdır. Usta alətləri ilə işin başqa bir üstünlüyü də ondan ibarətdir ki, fəaliyyət zamanı nəinki əllər və qollar hətta bütün bədən işləyir.


İti, kəsici, ağır alətlərin uşaqlara potensial təhlükəsini azaltmaq üçün böyüklər təhlükələri öncədən qiymətləndirir, təhlükə əleyhinə xüsusi tədbirlər görürlər və mütləq şəkildə uşaqları müşayiət edirlər. Təhlükəsizlik bu cür oyunlarda prioritet məsələlərindəndir. Məsələn, hər bir uşağın təhlükəsiz fəaliyyəti üçün müəyyən məkan ayrılır və mühafizə geyimi geyindirilir. Hətta alətlər qırmızı, sarı, yaşıl rənglərlə qeyd olunaraq, uşaqlara təhlükə səviyyəsi və böyüklərdən yardım istəmək öyrədilir. Uşaqlar proses əsnasında "Ehtiyatlı ol!" sözlərinin mahiyyətini anlayırlar və hər dəfə alətləri əllərinə alərkən özlərini böyük və vacib hiss edirlər. Tezliklə uşaqlar təhlükəsizlik haqqında biliklərə yiyələnir, riskləri idarə edir, alətlərin istifadə məqsədlərini və problemlərin həllini öyrənirlər.


Real alətlərlə işləyərək uşaqların öyrənməsi anlayışı heç də yeni deyil. Dünyanın ucqar ölkələrində, xalqların daha çox ənənələrə bağlı olduqları yerlərdə uşaqların tərbiyəsi müasir valideynlərin tərbiyə formasından kəskin şəkildə fərqlənir. Beləki, uşaqlara demək olar ki, lap körpəlikdən-iməkləməyə və gəzməyə başladığı bir dövrdən etibarən həyatda baş çıxartmaq üsulları öyrədilir. Bunlara həm meyvə-tərəvəz yığmaq, ovlamaq və hətta təhlükəli kəsici və iti alətlərlə davranmaq vərdişləri aiddir.


Milli.Az

Sizin Reklam Yeriniz