news Image
2016.05.23
14:15
| A A A
Yeni əlil arabası çap olundu

Londonun "Layer" dizayner agentliyinin yeni konsepti üçölçülü (3D) çap vasitəsilə fərdi əlil arabalarının formalarını yaratmağa imkan verəcək. Arabanın düzəldilməsi üçün unikal oturacaq və ayaq altlıqlarının çapına imkan verəcək bədənin "3D" skan texnologiyasından istifadə olunacaq.


Movqe.az ICTnews-a istinadən bildirir ki, agentlik nümayəndələrinin sözlərinə görə, onların texnologiyası bazarda təqdim olunan digər əlil arabaları ilə müqayisədə daha rahatdır. Onlar qeyd edirlər ki, "3D" modelləşdirmə texnologiyası adi xətkeşlə ölçmədən fərqli olaraq müəyyən insan üçün maksimum rahat olacaq unikal məmulat yaratmağa şərait yaradır.


Bildirilir ki, iki plastmas hissədən çap edilən oturacaq hər bir istifadəçi üçün unikal ağırlıq mərkəzi qurur. Titandan çap edilən ayaq altlıqları pəncənin formasına və ayağın uzunluğuna uyğun düzəldilib. Dizaynerlər vurğulayırlar ki, bu komponentlərin unikallığı bütün arabanın rahatlığını müəyyənləşdirəcək.

Fərdi arabanın yaradılması üçün iki həftə tələb olunur ki, bu da fərdi sifarişə görə digər arabaların hazırlanmasına lazım olan vaxtdan xeyli sürətlidir. Bundan başqa, yeni əlil arabası təkrarolunmaz dizayn və xüsusi təkər karkası formasına malikdir ki, bu da onu problemsiz itələməyə kömək edəcək.  


Araba prototipinin mayın sonunda Londonda dizayn həftəliyində nümayiş olunması planlaşdırılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs