news Image
2016.05.23
20:30
| A A A
Bu insanlar daha tez ölürlər

Ailəsi, qonşusu, iş yoldaşları, qohumları, dostları ilə münaqişələr yaşayan, tez əsəbləşən insanlar həyatdan daha tez köçürlər.

Movqe.az  xəbər verir ki, belə bir açıqlama ilə Danimarkanın Kopenhagen Universitetinin mütəxəsissləri çıxış ediblər.


Mütəxəsisslər 10 il ərzində 10 minə yaxın insan üzərində araşdırma aparıblar. Araşdırma nəticəsində xırda anlaşılmazlıqlara görə əsəblərinə hakim ola bilməyərək yaxınları ilə münaqişə edən insanların əvvəl depressiyaya düşdüyü məlum olub. O da məlum olub ki, depressiya əsəb sisteminin pozulması və ürək damar xəstəliklərinin baş qaldırması ilə nəticələnir. Hətta bu cür söz-söhbətlər immunitetin zəifləməsi nəticəsində xərçəngə tutulma riskini də artırmış olur.


Münaqişəyə meylli, tez özündən çıxan insanlar yalnız özlərinə deyil övladlarına da mənfi təsir göstərirlər. Azyaşlıların 50 faizi valideynlərinin istənilən şəxslə tez-tez baş verən münaqişəsi ucbatından əsəb pozğunluğu yaşayır və ətraf aləmdən özünü təcrid edir./atv.az/

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs