Əlaqə Arxiv
news Image
2016.05.24
10:15
| A A A
1700-ə yaxın kilsənin xaçını sökdülər

Çin hökuməti xristian kilsə və məbədlərinin üzərində olan xaçların sökülməsinə dair kütləvi surətdə fərmanlar verir. Son iki ildə xristianlıq rəmzi olan xaç 1200-1700 kilsədən sökülüb.

Movqe.az report-a istinadən bildirir ki, bu barədə "The New York Times" nəşri yazıb.

Çin hökumətinin hədəfinə əhalisinin əksəriyyəti xristian dininə etiqad edən Çjetszyan əyaləti tuş gəlib. Çində ümumilikdə təqribən 60 milyon xristian yaşayır. Xaçları sökülən kilsələrin sayı barədə məlumat material sahibinin əyalətə səyahəti zamanı sorğuladığı yerli sakin və məmurlara əsaslanır.

"Bununla mübarizə aparmaq çətindir. Biz yalnız diz üstə oturub dua edə bilərik", - deyə Şuytoudakı kilsənin rəhbəri bildirib.

Sizin Reklam Yeriniz