Əlaqə Arxiv
news Image
2016.05.24
20:30
| A A A
Facebook-un tarixində ən çox baxılan VİDEO

ABŞ-ın Dallas şəhərində yaşayan Kendis Peyn supermarketə yollananda Çubakka maskası almaq niyyətində deyil. O, heç "Ulduz savaşları" kinosaqasının fanatı da deyil.

Movqe.az bildirir ki, iki övlad anası olan 37 yaşlı bu xanım qənaətə alışıb. O, ad günü münasibətilə hədiyyə aldığı pulları özü üçün idman geyiminə, bir də uşaqlarına şirniyyat almağa xərcləmək niyyətində idi.

Di gəl, nədənsə miss Kendis maskanı aldı, üzünə taxdı və maşınına əyləşəndən sonra Facebook profilində Facebook Live funksiyasını işə salaraq canlı yayıma başladı.

Nəticədə üzündə maska olan, qəhqəhə çəkən iki uşaq anasının videosu Facebook-un tarixində ən çox baxılan video oldu. Çünki bu videonun baxış sayı artıq 137 milyonu keçib.

"Bu, ağlasığmaz, inanılmazdır. Sadəcə, maska aldım, geyindim, güldüm. Çünki çox gülməli görünürdüm. Amma sonra videonun baxış sayına baxanda heyrətə gəldim", - K.Peyn deyib.

Sizin Reklam Yeriniz