news Image
2016.05.28
22:00
| A A A
Dünyanın ən bahalı tualeti - 19 milyon dollar FOTO
Azərbaycan üçün həftənin, ayın, bəlkə də ilin ən kruyoz olayı ilk dəfə tualetin təmtəraqlı açılış mərasiminin baş tutmasıdır. Sosial şəbəkədə yayılan fotolara görə, mərasim Beyləqan rayonunda olub. Belə ki, Beyləqan şəhər 1 və 4 nömrəli tam orta məktəblərdə yeni sanitar qovşaq – yəni tualet istifadəyə verilib.

Açılış mərasimində orta məktəbin müəllim və şagird kollektivi və yerli icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Xəbərin ən maraqlı cəhəti isə heç şübhəsiz ki, bu ayaqyoluna sərf olunan vəsait idi – 90 min manat. Bu, Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı" proqramı çərçivəsində həyata keçirilən "Beyləqan şəhərində məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması" layihəsi əsasında baş tutub. Layihə çərçivəsində Beyləqan şəhər 1 və 4 nömrəli tam orta məktəblərdə yeni sanitar qovşağı tikilməklə, gigiyenik şərait yaxşılaşdırılıb.

İlk ayaqyolu mi̇si̇rdə olub, ondan sonra pari̇s və londonda... 

Bu xəbər isə bizə dünyadakı ən qəribə, ən bahalı ayaqyoluların siyahısını hazırlamağa vadar etdi. "Yeni Müsavat" rəqəmlərə keçmədən evlərimizin, istirahət, əyləncə obyektlərinin vazkeçilməz hissəsinin yaranma tarixçəsinə də nəzər saldı. Tarixi faktlara istinad etsək, oturacaqlı tualetin eramızdan 2600 il əvvəl şumer çariçasına aid olduğu iddia edilir. Şotlandiya ərazisindən isə 5000 il yaşı olan stulabənzər tualetin qalıqları tapılıb. Eramızdan əvvəl 2100-cü ilə aid tualetə Misirdə, daha sonralar isə Parisdə və Hindistan yarımadasında rast gəlinir. 

Romada ilk ictimai tualet təkcə ehtiyacları ödəmək üçün deyil, həm də fəlsəfi söhbətlər aparmaq üçün əlverişli yer olub. Daş stullar formasında olan tualetlərdə ilk olaraq nökərlər oturub daşı isidir, sonra isə varlı romalılar öz təbii ehtiyaclarını burada ödəyirdi.

Bu tualetlərin xüsusi kanallara çıxışı var idi ki, onları da su yuyub aparırdı. Roma tualetlərindən ancaq imkanlı romalılar istifadə edirdi. Yerdə qalan əhali isə tualet ehtiyaclarını küçədə ödəyirdilər. Tualeti əvəz edən Roma küçələrini təmizləmək üçün xüsusi pullu xidmətçilər var idi.

İlk tualetin nə vaxt yarandığı çox mübahisəlidir. İnanmaq çətindir ki, Paris, London kimi Avropa şəhərlərində tualet tamamilə olmayıb. Sənədli sübutlara görə, saray əyanları və monarxlar öz təbii ehtiyaclarını harda gəldi – parklarda, həyətin küncündə, balkonlarda ödəyiblər. Bu səbəbdən də, sarayların girişindən ta bal zallarına qədər hər yer "ətir" iztirabı verirmiş. Bəzənsə saraydan kənara çıxmağa tənbəllik edən əyanlar güvəclərdən (qorşok) istifadə ediblər. Varlıların güvəcləri qızıl və bahalı daşlarla bəzədilir, digərləri isə adi qablardan istifadə edirmiş. Sadəcə, güvəcləri sonra harasa boşaltmaq lazım gəlib. 

Fransız tədqiqatçıların yazdığına görə, şəhərlərdə elə bir çala yox idi ki, ora güvəclər boşaldılmasın. Çirkabın iyindən adamlar başlarını pəncərədən çölə çıxara bilmirdilər. Hətta Parisdə belə bir fərman çıxmışdı ki, adamların özlərini qorumaları üçün çirkabı atmamışdan əvvəl uç dəfə bərkdən "Diqqət, tökürəm" deyə bağırmaq lazımdır. 

Ən ucuzdan ən bahalisina – 450 dollarliq tualet də var, 19 mi̇lyon dollarliq da... 

Türkiyənin "Hürriyyet" qəzetində dünyanın ən bahalı ayaqyoluları ilə bağlı siyahı hazırlanıb. Ən ucuzdan ən bahalıya qədər... siyahıya göz yetirək. 

Dünyanın ən bahalı tualeti - 19 milyon dollar FOTO

15 IntiMist: Burada tualetin təkcə oturma yeri 450 dollardır 

Tualetin içərisində isti su, isti hava filtrasiyası və isinməli oturacaq özəllikləri var. 

14 Brondell S1000-EW Swash 1000: 600 Dolar

IntiMist-ə bənzəməsinə baxmayaraq, bu modeldə də isidilmiş, erqonomik tualet oturma yeri var. Eyni zamanda isti hava filtrasiyası və dezodorantlama özəlliklərini də unutmaq olmaz. 

Dünyanın ən bahalı tualeti - 19 milyon dollar FOTO

13 Kohler C3: 1,200 dollar

Lüks tualetlər içərisində ən ucuzu qəbul edilən Kohler C3 modeli isti su təmizləmə çubuğu, pult, gecə işığı kimi bütün lüks ayaqyolu özəlliklərinə sahibdir. 

12 Sun-Mar Excel: 1500 dollar 

Sun-Mar Excel sadəcə lüks bir ayaqyolu deyil, eyni zamanda ekologiya dostudur. Artıqları bağçada istifadə etmək üzrə gübrətə çevirir. Bundan başqa, heç sudan istifadə etmir və havanı kirlətmir. 

Dünyanın ən bahalı tualeti - 19 milyon dollar FOTO

11 Neo-Metro: Metro Şehər Tualeti: 2500 dollar 

Ləkə tutmayan tualetdir və ev üçün nəzərdə tutulub. Orada keçirilən zamanı daha sağlam hala gətirmək üçün bir düyməsi var. 

10 Starck C European Toilet 3,000 dollar 

Bu seramik tualet çox daha uzun müddət təmiz qalması üçün özəl bir materialdan hazırlanıb. Bundan başqa, ikili sifon mexanizmi və səssiz avtomatik qapanma sistemi kimi bir çox özəllikləri var. 

9 English Trellis 3,700 dollar 

Əski bir ingilis dizaynıdır. Sırf qarmaşıq dizaynı belə ayaqyolunu lüks bir yerə çevirir. 

8 Purist Hatbox 4100 dollar 

Purist Hatbox minimalist dizaynına baxmayaraq, içində çox inkişaf etmiş özəlliklər saxlayır. Pultu və yumşaq səthi, materialı onu vazkeçilməz edir. 

7 Toto Neorest 600 -5,000 dollar 

Bu tualetə yaxınlaşanda qapağı avtomatik olaraq açılır. Bundan başqa, sifonu avtomatik olaraq şəkir, qapağı qapadır. Tualetdə pultdan istifadə etməklə bəzi işləri asalanlaşdırmaq mümkündür. Asanlıqla oturacağı isitmək və ya qapatmaq üçün düyməyə basmaq olur, suyun temperaturunu artırıb-azalda bilərsiniz. 

Dünyanın ən bahalı tualeti - 19 milyon dollar FOTO

5 "Dagobert" Ahşap Tualeti - 14,123 dollar 

Tualet Fransadakı Merovingian dönəminin son rəhbəri Kral Dagobertin adını daşıyır. Kral hər tualetin qapağı qaldırıldığı zaman ‘Le Bon Roi Dagobert’ mahnısını piano ilə çalardı. 

4 Swarovski-Bezeli Tualet - 75,000 dollar 

"Isis" kolleksiyasının bir parçası olan bu tualet Svarosvki daşlarıyla bəzədilib. 

3 Moon River Art Park Tualeti - 750.000 dollar 

Fərdi istifadə üçün hazırlanmasa da, önəmli tualetlərdən biridir. Şanxayın məşhur Moon River Art Park içində insanlar tərəfindən hazırlanmış bir mağaranın içində yerləşir və turistik yerlərdən sayılır. 2005-ci ildə tualet ilk dəfə açılanda insanlar onu görə bilmək üçün 2 saat gözləyib. Parka giriş pulunu ödəyənlər üçün ondan istifadə də pulsuzdur. 

2 Hang Fung Altın Tualeti – 5 milyon dollar 

Dünyanın ən bahalı tualeti - 19 milyon dollar FOTO

Hang Fung teknologiya qrupu tərəfindən 24-karat saf qızııldan hazırlanıb. "The Hall of Gold" sərgisində nümayiş etdirilib. 

1 Beynəlxalq Kosmos Satnsiyası Tualeti – 19 milyon dollar 

Dünyanın ən bahalı ayaqyolu əslində dünya üzərində deyil. Rusiya tərəfindən 2008-ci ilin noyabr ayında kosmos stansiyasına qoyulmaq üzrə hazırlanan tualetdə kosmonavtların düzgün pozisiya ala bilməsi üçün biləklikləri var. Bundan başqa, bütün artığığ çəkmək və septik tanklara doldurmaq üçün özəl mexanizmi var. 

Tualet deyi̇l, möcüzədi̇r, möcüzə... 

Əslində siyahı bununla məhdudlaşır. Amma dünyanın ən qəribə ayaqyoluları ilə bağlı məlumatlar davam edir. Londonun Spitalfilds rayonunda yerləşən yeraltı tualet 1 milyon funt sterlinqə (1.3 milyon avro) satışa çıxarılıb. Məlumata görə, obyektin satışı ilə məşğul olan kompaniya onun sərfəli yerdə yerləşdiyini və ondan restoran, bar kimi istifadə etməyin mümkün olduğunu bildirib. Bildirilir ki, keçmiş tualetin sahəsi 600 kvadrat metrdir. Bu sahəyə 60 insan yerləşə bilər. Qəzet yazır ki, obyekt 2000-2012-ci illərdə gecə klubu kimi işlədilib.

Dünyanın ən bahalı tualeti - 19 milyon dollar FOTO

Siyahıda vakuum tualetlər də var. Bu, Tokioda yerləşir. Tokyolu mühəndislər vakuum tualet icad ediblər. Bu tualet kosmosdakı kimi kosmonavtın qida artıqlarını sorur. Tualetə Britaniya şahzadəsi Çarlz 2008-ci ildə ilk baxış keçirib.

Parisdə icad olunan bu tualet hər istifadədən cəmi 60 saniyə sonra özünü təmizləyir.

Arxitektor Monika Bonviçinin icad etdiyi güzgülü tualetdə isə insanlar ətrafda baş verən hər şeyi izləyir, amma onu görən olmur. 

Honkonqdakı şaxta tualet isə 15 mərtəbəli binanın sonuncu mərtəbəsində, lift şaxtasında düzəldilib. Tualetin döşəməsi şüşədəndir. 
musavat.com

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs